“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın "Metrovaqonmaş” zavodundan aldığı 2 qatar (10 vaqon) Bakıya çatıb.

Bununla bağlı xəbəri "Report”a metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.
"Qatarlar sabah depoya təhvil veriləcək. Daha sonra isə sınaq və sazlanma işləri həyata keçiriləcək. Onların gələn ay xəttə buraxılması gözlənilir. Buna qədər 2 köhnə qatarın istismar müddəti bitəcək", - deyə o qeyd edib.
Bundan başqa, B.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər daha 4 qatar (20 vaqon) hissə-hissə Bakıya gətiriləcək.
Xatırladaq ki, bu il yanvarın 31-də metropolitenlə "Metrovaqonmaş”ın daxil olduğu "Transmaşholdinq” SC arasında 6 qatarın (30 vaqon) alınması ilə bağlı müqavilə imzalanıb. 
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR