"Bakı Metropoliteni": Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir


"Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir". 

 "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
 O, bu barədə metroda gediş haqqının 20 qəpikdən 30 qəpiyə qaldırılmasına münasibət bildirərkən danışıb və bu rəqəmin də MDB məkanında ən aşağı olduğunu vurğulayıb: "Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz metro Azərbaycandadır"
 
Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR