“Bakı Bus” sürücüsünə qarşı cinayət işi açıldı

“Bakı Bus” sürücüsünə qarşı cinayət işi açıldı

Ötən gün saat 10 radələrində Nəsimi rayonu ərazisində baş verən qəzada dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.

Aktual.az-
a DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi "İveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qəza yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Hadisəni törədən sürücü istintaqa cəlb olunub və izahatının alınması üçün Nəsimi RPİ-nə aparılıb. Faktla bağlı istintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin balansında olan Bus MMC-nin 3 nömrəli avtobusu "Koroğlu” parkı ərazisi yolu keçmək istəyən qadını vurub. Xəsarət alan şəxs hadisə yerindəcə keçinib.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR