Bakı 32 əsirə görə İrəvana nə şərt qoyub? - Akopyan

Bakı 32 əsirə görə İrəvana nə şərt qoyub? - Akopyan

Bu gün biz həm təhlükəsizlik, həm də danışıqlar baxımından çətin vəziyyətdəyik, lakin sülh gündəmimizdən bir addım geri çəkilməyə haqqımız yoxdur.
Aktual.az xəbər verir ki, bu sözləri hakim "Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vaqarşak Akopyan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh sazişi Ermənistana təhlükəsizlik gətirəcək əsas şərtdir.
Azərbaycanın 32 əsiri geri qaytarması ilə bağlı jurnalistlərin sualını cavablandıran Akopyan bildirib ki, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsini dəstəkləməsini ilkin şərt saymaq olmaz:
"Bu, qarşılıqlı razılaşmanın nəticəsidir və mən özüm də bu addımı alqışlayıram. Hər iki ölkə qarşılıqlı anlaşmaya malikdir ki, sülhün alternativi yoxdur. Bu, son vaxtlar əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir”.
Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR