Babadan yarıyan almanlar

Babadan yarıyan almanlar
  • DÜNYA

Almaniyanın Hamburq şəhərində yaşayan bir ailə Polşa ərazisində xəzinə tapıb.

Xəzinənin xəritəsini ailə başçısının babası 1952-ci ildə cızıb.

Lyubomej şəhər meri Veslav Julkovski bildirib ki, şənbə günü əlində xəritə olan iki alman şəhərə təşrif buyurub. Almanların babası nə vaxtsa Lyubomej şəhərində yaşayıb və burada dəfinə basdırıb.

Naməlum adamlar qazıntı işlərinə başlayanda yerli əhali təşvişə düşərək polisə zəng edib. Polisdən verilən məlumata görə, almanlar qazıntı işlərini davam etdirə bilməzlər. Çünki bu ərazidə tapılan istənilən xəzinə Polşa xəzinəsinə aid olmalıdır. Almanlar isə, babadan qalma mirasın axtarışına çıxdıqlarını bildirsələr də, nəticə əldə edilməyib. Bu səbəbdən lazım olan icazə verilənə qədər işi yarımçıq dayandırmaq məcburiyyətində qalıblar.

Şəhər merinin verdiyi bilgiyə əsasən, şam ağacının altında iki şüşə qab basdırılıbmış. Onların içində saatlar, zinət əşyaları, 19-cu əsrə aidd sikkələr, sırğalar,seplər, üzüklər və 1935-ci ilə aid portsiqar olub.

Tapılan xəzinə yerli bələdiyyə idarəsinə aparılıb. Əşyalar təmizləndikdən sonra qiymətləndiriləcək. Əgər tapılan xəzinə tarixi əhəmiyyət daşıyırsa, almanlara yox, muzeyə təqdim ediləcək. //Ölkə.az

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR