Aztəminatlı, çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmi yaradılacaq

Aztəminatlı, çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmi yaradılacaq

Azərbaycanda natamam, aztəminatlı, çoxuşaqlı və valideyn himayəsidən məhrum olan uşaqları himayəyə götürən ailələrə əlavə dəstək mexanizminin yaradılması nəzərdə tutulur.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilir ki, dövlət tərəfindən himayədarlıq qayğısı sisteminin genişləndirilməsi istiqamətində zəruri işlərin həyata keçirilməsi, uşaqlı ailələrə verilən müavinət sisteminin təkmilləşdirilməsi 2018-2021-ci illər ərzində qarşıya qoyulan məqsədlərdəndir.

Bununla yanaşı, ölkədə müasir sosial müdafiə sisteminin qurulması, yoxsulluğun azaldılması məqsədilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi də nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR