"Aztelekom"da kadr dəyişikliyi


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki Aztelekom MMC-ə məxsus Azərrabitəlayihə MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.
Aktual.az xəbər verir ki, şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.
Xatırladaq ki, "Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
"Aztelekom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru Azeurotel MMC də fəaliyyət göstərir.
Xəbər 774 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR