"Azərsu"dan Babək prospektində qəza ilə bağlı AÇIQLAMA


Bakının Xətai rayonu, Babək prospektində su xəttində baş verən qəzanın aradan qaldırılmasına başlanılıb.

Aktual.az  xəbər verir ki, bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, əraziyə "Azərsu" ASC-nin qəza xidməti cəlb olunub:
"Hazirda qəzanın yerinin müəyyən olunması işləri aparılır. texnika və işci cəlb olunub. Həmin ərazidə əhalinin su təchizatında problem yoxdur".
Məlumatda bildirilir ki, hazırda ərazidə qazıntı işlərinə başlanılıb.
Xatırladaq ki, bir neçə saat əvvəl Bakının Xətai rayonu, Babək prospekti (maşın bazarının yaxınlığında) "Azərsu" ASC-yə məxsus su kəmərində qəza baş verib.
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR