"Azərpoçt"un ofisindən içərisində pulla dolu olan seyf oğurlandı


Zaqatalada "Azərpoçt" MMC-nin filialı qarət olunub.

 Aktual.az Apa-ya istinadən xəbər verir ki, rayonun Muğanlı kənd sakinlərinin  verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında "Azərpoçt" MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb. 

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar. 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR