Azərbaycanlıların İranda vizasız qalma müddəti uzadıldı

Azərbaycanlıların  İranda vizasız qalma müddəti uzadıldı

İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətini 30 günədək uzadıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb.

Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR