Azərbaycanlıları Türkiyədə "evsiz" qoyan SƏBƏB

Azərbaycanlıları Türkiyədə
  • DÜNYA

Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb.

Aktual.az  azvision.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, 2016-ci ilin avqust ayında xarici vətəndaşlara satılan daşınmaz əmlakın sayında azalma müşahidə edilib. Belə ki, cari ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə xarici vətəndaşlara satılan evlərin sayı 26 faiz azalaraq 1512 olub. 

2016-ci ilin yanvar-avuqst aylarında azərbaycanlılar Türkiyədə 428 ev alıblar. Ötən ilin eyni dövründə bu rəqəm 512 olub. Təkcə avqust ayında azərbaycanlılar Türkiyədə 53 ev alıblar. Beləliklə, Azərbaycan Türkiyədə ev alan əcnəbi ölkə vətəndaşları içərisində 7-ci yerdədir.

Türkiyədə ən çox ev alan xaricilər iraqlılardır. Sonrakı sıralarda Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan vətəndaşları gəlirlər. 

Məlumata görə, xarici ölkə vətəndaşları 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra Türkiyədə ev almağa maraq göstərmirlər. Azərbaycanlılar da daxil olmaqla imkanı olan əcnəbilər ev almaq üçün artıq Avropa ölkələrinə üz tuturlar.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR