Azərbaycanlılar Rusiyada aclıq aksiyası keçiriblər

Azərbaycanlılar Rusiyada aclıq aksiyası keçiriblər
  • DÜNYA

Rusiyanın Primorsk vilayətinin Artyom şəhərində azərbaycanlılar da daxil olmaqla, müvəqqəti saxlanma mərkəzində saxlanılan xarici vətəndaşlar aclıq aksiyası keçiriblər.

Aktual.az  APA-ya istinadən bildirir ki, uzun müddət deportasiya olunmalarını gözləyən xaricilərin aksiyası 4 gün çəkib.
 
Aksiyada 20 nəfər iştirak edib. İctimai Nəzarət Komissiyasının əməkdaşları oraya baş çəkdikdən sonra aclıq aksiyası dayandırılıb. Komissiyanın sədr müavini Aleksandr Smışlyayev bildirib ki, burada mart ayından deportasiya olunmalarını gözləyən insanlar var. Onun sözlərinə görə, son 3 ayda mərkəzdə olanlardan heç kim öz ölkəsinə göndərilməyib.
 
Etirazçılar həmçinin saxlanma şəraitindən də narazılıqlarını ifadə ediblər.
 
Mərkəz 65 nəfərlik olsa da, hazırda orada 107 nəfər saxlanılır. Xaricilərin əksəriyyəti Özbəkistan vətəndaşıdır. Orada həmçinin Ukrayna, Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Koreya vətəndaşları var.
 
İctimai Nəzarət Komissiyasının sədri Vladimir Naydin bildirib ki, problem deportasiya üçün vasitələrin çatışmazlığı səbəbindən yaranıb. Onun sözlərinə görə, komissiya vəziyyəti nəzarətdə saxlayacaq.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR