Azərbaycanlı qadın Türkiyədə təcavüzə məruz qaldı

Azərbaycanlı qadın Türkiyədə təcavüzə məruz qaldı

Ankarada azərbaycanlı qadın avtobusda təcavüzə uğrayıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı "Hürriyet"in yazarı İsmail Saymaz verib.

Hadisə yanvar ayının 4-də, saat  23:40-da Ankaranın Etimesgut mahalı yaxınlığında baş verib. Azərbaycan əsilli qadın S. "530" nömrəli avtobusda təcavüzə uğrayıb. 

Sürücü İbrahim T. avtobusda tək olan S.-nin üzərinə atlayıb, onu zorlayıb, sonra da təhdid edib. Sürücü ona deyib ki, başına gələnləri evdəkilərə, ya da polisə danışsa, onun boğazını kəsəcək. Sürücü qadının qorxduğunu zənn edərək qapını açıb. Qadın qaçaraq avtobusdan uzaqlaşıb. O, binaya girən kimi polisə zəng edib.

Sürücü dərhal saxlanılıb. O, məhkəmədə ifadə verib. İbrahim T. qadının söylədiklərini təkzib edib. O, ifadəsində deyib:

"Özü istədi deyə cinsi əlaqədə olduq. Mənə dedi ki, avtobusu saxla, qaranlıq yer tap, yanıma gəl. Sonra da fikrindən daşındı".

Aktual.az
Xəbər 784 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR