Azərbaycanlı qadın Tallin şəhərinin vitse-meri təyin olundu

Azərbaycanlı qadın Tallin şəhərinin vitse-meri təyin olundu
  • DÜNYA

Tallin şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.

Aktual.az AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib.
Onların sırasında azərbaycanlı, "Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.
Z.İzmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.
Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.
 

Aktual.az 

Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR