Azərbaycanlı İŞİD-çiyə hökm oxundu - Rusiyada

Azərbaycanlı İŞİD-çiyə hökm oxundu   - Rusiyada

İŞİD-in tərkibində döyüşmüş azərbaycanlı Rusiyada həbs olunub. 

Rusiya vətəndaşı olan Altun Məmmədov 3 il müddətinə azadlıq məhrum edilib.

İstintaq müəyyən edib ki, Tümen sakini olan A. Məmmədov terrorçular tərəfindən ələ alınıb və 2013-cü ildə Türkiyəyə gedib.

Türkiyədə Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında əsirlərin mühafizəsi və digər işlərlə məşğul olub, hökumət qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edib.

Daha sonra o, İŞİD-ə daxil olan digər qruplaşmaya - "Camaat əbu-Hənifə"-yə qoşulub.

Lakin bir müddət sonra qruplaşma daxilində silahlılar arasında münaqişə başlayıb və A. Məmmədov Türkiyəyə, oradan isə Gürcüstana qaçıb.

Gürcüstanda o, hüquq-mühafizə orqanlarından gizlənib.

Beynəlxalq axtarışda olan A. Məmmədov 2015-ci lilin avqustunda Gürcüstan-Azərbaycan sərhədini keçmək istəyərkən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Daha sonra o, Rusiyaya ekstradisiya olunub.

A. Məmmədov qeyri-qanunu silahlı dəstə yaratmaqda və tərkibində döyüşməkdə təqsirləndirilərək məhkum edilib. //APA.az 

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR