Azərbaycanın qaz kəmərlərindəki itkiləri cüzi azalıb

Azərbaycanın qaz kəmərlərindəki itkiləri cüzi azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərlərində 35,5 mln. kubmetr itki olub, bu da illik müqayisədə 0,3% azdır.
Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 35,6 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur. Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsi ilə "Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda qaz kəmərlərində 48,4 mln. kubmetr itki olub, bu da illik müqayisədə 11% azdır.
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Qaz nəqlinin 50,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci il ilə müqayisədə 43,6%-lik artım).


Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR