Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə yüksəldi - SİYAHI

Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə yüksəldi - SİYAHI
  • İDMAN

Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına Azərbaycanın qazandığı lisenziyaların sayı 17-yə yüksəlib.
 
Milli Olimpiya Komitəsindən Aktual.az-a verilən məlumata görə, lisenziyalar 9 idman növü üzrə əldə edilib.
Hələlik olimpiadaya üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov və Fəxriyyə Tağızadənin yollanacağı rəsmiləşib.
Mayın 31-də "Report"un sorğusuna cavab olaraq, MOK-dan təqdim edilən siyahı ilə müqayisədə idmançıların sayı artsa da, bəzi dəyişikliklər baş verib. Bədii gimnast Dərya Fərşbafşahriyari Yelizaveta Luzanla əvəzlənib. Üzgüçü Alsu Bayramova isə siyahıdan çıxarılıb.
MOK-dan buna səbəb olaraq, bildirilib ki, Fərşbafşahriyarinin əvəzlənməsi Azərbaycan Gimnastikafederasiyanın qərarıdır. Alsu Bayramovanın siyahıdan çıxarılması isə üzgüçülükdə nailiyyətləri zəif olan ölkələrə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 yer verilməsi ilə əlaqədardır.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda təşkil olunacaq
 
Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR