Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Nazirin digər əmri ilə 28-ci PB-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov yenidən həmin bölmənin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı "Report"a təsdiqləyib. 
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR