Azərbaycanın 734 kəndində indi ermənilər yaşayır

Azərbaycanın 734 kəndində indi ermənilər yaşayır

Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb. Azərbaycanlıların yaşadıqları 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700-dən artıq inzibati ərazi vahidinin adı dəyişdirilib.
Aktual.az xəbər verir ki, bu sözləri tarixçi alim Nazim Mustafa "Mədəni irs” forumunun "Postkonflikt dövründə Azərbaycan tarixi-mədəni və təbii irsinin qorunması” panelində çıxışı zamanı deyib.
O bildirib ki, İrəvan quberniyasında mövcud olan 310 məsciddən bugünkü Ermənistanda yalnız Göy məscid qalıb:
"Tarixi Azərbaycan torpağında yaradılan Ermənistan Respublikası hazırda monoetnik erməni dövlətinə çevrilib. Hazırda Qərbi Azərbaycanda mövcud olan tarixi və mədəni irsimizin qorunması üçün beynəlxalq təşkilatları hərəkətə keçirmək lazımdır”.
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR