Azərbaycanı Avropada tanıdan cərrah – Onu siz də tanıyın

Azərbaycanı Avropada tanıdan cərrah   – Onu siz də tanıyın

“Laparoskopik cərrahiyyənin əsas üstünlüyü heç bir kəsik, dəlik olmadan, ağrısız üsulla həyata keçirilməsi və xəstənin tez bir zamanda əmək fəaliyyətini bərpa etməsidir”.

Son illər müasir tibbdə inqilabi yenilik kimi qəbul olunan laparoskopik cərrahiyyənin üstünlüklərindən danışan Azərbaycan Avropa Tibb Asossiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah Dr. Araz Bayramov belə deyib.

Aktual.az-a danışan uroloq-cərrah bildirib ki, xüsusən böyrək şişlərində bu üsul uğurla sınaqdan keçir:

“Böyrək xərçəngi və kistalarında, o cümlədən prostat xərçəngi və adenomasının müalicəsində bu üsuldan istifadə edirik. Böyrək xərçəngi və kistalarında böyrəyi zədələmədən böyrək şişi və ya kistasını xaric edirik. Bu üsulun əsas üstünlüyü böyrəyin əməliyyat sonrası fəaliyyətini davam etdirməsi ilə bağlıdır”.

“Laparoskopik üsulla yanaşı endoskopik urologiyanın ən son nailiyyəti böyrək daşlarını tam təbii yolla qalxaraq çıxarılmasıdır” deyən Dr. Araz Bayramov bildirdi ki, el arasında “lazer üsulu” adı ilə məşhurlaşan bu üsul laporoskopik-endoskopik cərrahiyyədir:

“Holmium-lazerin verdiyi imkanlar hesabına biz böyrək toxumasını zədələmədən, böyrək şişlərini, kistaları və daşları rahatlıqla xaric edirik. Son zamanlar təcrübəmizdə vaxtaşırı olaraq rast gəldiyimiz mərcanvari, yəni 8-smlik daşlardan əziyyət çəkən xəstələri də perkutan üsulla, yəni heç bir kəsik olmadan bu problemdən azad edirik”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Fransada çalışdığı 2005-2010-cu illərdə uroloji-androloji cərrahiyyə üzrə uzmanlıq diplomu ilə yanaşı laparoskopik cərrahiyyə, androloji cərrahiyyə, mikrocərrahiyyə, robotik cərrahiyyə üzrə praktik və nəzəri sınaqlar üzrə diplomlara layiq görülüb.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib. Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib.

Azər Niftiyev, Aktual.az

Xəbər 18808 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR