Azərbaycandan bu məhsulların ixracı kəskin artdı

Azərbaycandan bu məhsulların ixracı kəskin artdı

Azərbaycanın qeyri-neft ixracatı 2023-cü ilin 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 10.5 faiz artaraq 3.033 milyard dollara çatıb. Qeyri-enerji ixaracatının 33.1 faizi Rusiyanın, 24.0 faizi Türkiyənin, 9.9 faizi Gürcüstanın, 5.1 faizi İsveçrənin, 3 faizi Qazaxıstanın, 2.5 faizi Türkmənistanın, 2.4 faizi Ukraynanın, 2 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, bu dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb:
"Belə ki, meyvə ixracı 22 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artıb.
Bütün bunlarla yanaşı bəzi ixrac məhsullarımızda azalma qeydə alınıb. Həmin dövrdə kartof ixracı 9 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalıb.
Göründüyü kimi, çay və tütün ixracatında daha kəskin azalma qeydə alınıb. Bu məhsulların ixracatında azalma 60 faiz üstündədir”.
Millət vəkili xatırladıb ki, qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır:
"Bu baxımdan iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması 2024-cü ilin də əsas iqtisadi hədəflərindədir”.
Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR