Azərbaycandakı veloyarışda maraqlı anlar - At velosipedə qarşı - VİDEO

Azərbaycandakı veloyarışda maraqlı anlar - At velosipedə qarşı - VİDEO

Sosial şəbəkədə Azərbaycan keçirilən velosiped yarışı zamanı maraqlı görüntü paylaşılıb.

Aktual.az  qol.az-a istinadən xəbər verir ki, velosipedçilər hərəkətdə olarkən yolun kənarı ilə qaçan at diqqət çəkib. Bu görüntülərin dünən Azərbaycanda başa çatan "Tour d"Azerbaidjan-2017" yarışı zamanı çəkildiyi bildirilib.

Lakin Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən qol.az-a bildirilib ki, çəkiliş həmin yarışda deyil, 2015-ci ilin noyabrında aparılıb.

"Velosipedi sürənlər isə "Tour d"Azerbaidjan" yarışmasının peşəkar iştirakçıları yox, həvəskarlardan ibarət "Bike Tastic" qrupunun üzvləridir. Bu qrupun üzləri belə yürüşü tez-tez təşkil edirlər. Çəkilişi qrupun üzvü olan Zaur Mirzəyev Qaxda, İIisu kəndi yaxınlığında aparıb", - deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib.

Qurum rəsmisi onu da deyib ki, bu hadisə təbii olaraq yaranıb.
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR