Azərbaycanda yetəri qədər təhsil psixoloqları varmı?

Azərbaycanda yetəri qədər təhsil psixoloqları varmı?

Təhsil, məktəb psixoloqu bu gün dünyada və Azərbaycanda ən lazımlı peşələrdən biri hesab olunur.

Çünki şəxsiyyətin gələcəkdə normal formalaşması, inkişafı və həyatda özünə mövqe tutması üçün hələ məktəb vaxtından düzgün psixoloji təlim tərbiyə alması əsas şərtdir.
Bu gün Azərbaycanın bir sıra universitetlərində "Təhsildə sosial-psixoloji xidmət" fakültələri var.
 
Bu fakültələr gələcəyin  təhsil psixoloqlarını hazırlayır.
Bəs, görəsən, ölkədəki ali təhsil müəssisələri bu fakültəyə bu il neçə abituriyenti tələbə kimi qəbul edə biləcək?
Aktual.az  bildirir ki, modern.az-ın araşdırmasına görə, bu il "Təhsildə sosial-psixoloji xidmət" fakültəsi ölkənin 7 universitetində tələbə qəbulu aparacaq.
 
Bu fakültəyə qəbul olub 4 ildən sonra təhsil psixoloqu kimi işləmək istəyənlər 1 il ərzində ən azı 1300 manat (Naxçıvan Müəllimlər Universiteti)  və ən çoxu isə 2100 manat (Bakı Qızlar Universiteti)  ödəməli olacaqlar.
 
"Təhsildə sosial-psixoloji xidmət" fakültəsi üzrə bu il ən çox tələbə qəbul edən universitet 165 plan yeri ilə Naxçıvan Müəllimlər Universitetidir.
Bu fakültəyə ən az qəbul isə 30 plan yeri olmaqla Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universitetlərində olacaq.
 
Ümumilikdə isə bu il ölkə üzrə cəmi 450 abituriyent "Təhsildə sosial-psixoloji xidmət" fakültəsinə qəbul olaraq 4 ildən sonra təhsil psixoloqu ixtisasına yiyələnə biləcəklər.
Yəni Azərbaycanda 4 ildən sonra daha 450 məzun təhsil psixoloqu ixtisasına yiyələnərək əmək bazarında və təhsil sektorunda mütəxəssis ola bilər.
Bu rəqəm isə ümumilikdə Azərbaycandakı təhsil müəssisələrinin (orta məktəb, bağça, universitet və s) sayı ilə müqayisədə heç də ürəkaçan rəqəm deyil.
Çünki bu fakültədən 4 ildən sonra məzun olacaq şəxslərin hamısının, 450-nin də öz sahələrində çalışıb çalışmayacaqları sual altındadır.
Özəl Universitetlər içərisində isə təhsil psixoloqu ixtisası üzrə yeganə qəbul aparan Bakı Qızlar Universitetidir
 
Bu il təhsil psixoloqu ixtisası üzrə tələbə qəbulu aparan universitetləri və oradakı illik təhsil haqlarını, plan yerlərini təqdim edirik:
 
Bakı Dövlət Universiteti (BDU):

Təhsildə sosial-psixoloji xidmət
Qəbul planı - 55 yer
İllik təhsil haqqı - 1600 manat
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
 
Təhsildə sosial-psixoloji xidmət
Qəbul planı - 100 yer
İllik təhsil haqı - 1320 manat
 
 Bakı Slavyan Universiteti ( BSU)
 
Təhsildə sosial-psixoloji xidmət
Qəbul planı - 30 yer
İllik təhsil haqqı - 1500 manat
 
Naxçıvan Müəllimlər Universiteti (NMU)
 
Təhsildə sosial-psixoloji xidmət
Qəbul planı - 165 yer
İllik təhsil haqqı - 1300 manat
 
Gəncə Dövlət Universiteti (GDU)

Təhsildə sosial-psixoloji xidmət
Qəbul planı - 30 yer
İllik təhsil haqqı - 1600 manat
 
Sumqayıt Dövlət Universiteti (SDU)

Təhsildə sosial-psixoloji xidmət:

Qəbul planı - 30 yer;
İllik təhsil haqqı - 1500 manat
 
Bakı Qızlar Universiteti (BQU)
 
Təhsildə sosial-psixoloji xidmət:
Qəbul planı - 40 yer
İllik təhsil haqqı - 2100 manat

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR