Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verəcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verəcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər.

Aktual.az  xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ali Seçki Komissiyasından (YSK) məlumat verilib.
Qurumdan bildirilib ki, Azərbaycanda olan Türkiyə vətəndaşları gün ərzində səs verə biləcəklər:
"Rusiyada yaşayan Türkiyə vətəndaşları isə 16-17 iyun tarixlərində səsvermədə iştirak edəcəklər".
Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.
 
Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR