Azərbaycanda tütün istehsalı 16% azalıb

Azərbaycanda tütün istehsalı 16% azalıb

Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 15,9% azalma, qida məhsullarının istehsalında 1,1%, içki istehsalında isə 28,6% artım müşahidə olunub.

Aktual.az  "APA”ya istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 3,8%, kolbasa məmulatlarının istehsalı 50,3%, marqarin istehsalı 19,7%, cem və marmeladların istehsalı 3,0%, alkoqolsuz içkilərin istehsalı 3,4%, pivə istehsalı 25,3% artıb, qənd və şəkər tozu istehsalı isə 40,3% azalıb.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 150,9 mln. manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 82,1%, geyim istehsalında 43,5% faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 34,8% azalma müşahidə olunub.

Aktual.az
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR