Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

2016-cı ilin I rübü ərzində respublika ərazisində 1644 təbii və texnogen mənşəli hadisə baş verib.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 hadisə və ya 17% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 19 nəfər həlak olub, 56 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 264 nəfər təxliyə olunub.

2016-cı ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1601 çıxış edilib. Onlardan:

- çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar - 532 çıxış;

- açıq sahələrdə yanğınlar - 545 çıxış;

- nəqliyyat vasitələrində yanğınlar - 77 çıxış;

- digər yanğınlar - 447 çıxış təşkil etmişdir.

Yanğın hadisələri zamanı 17 nəfər həlak olmuş, 29 nəfər xəsarət almışdır ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 6% çox, xəsarət alanlar üzrə 5 nəfər və ya 15% azdır. Yanğınların söndürülməsi zamanı 1 nəfər xilas edilmiş, 262 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR