Azərbaycanda qəribə olay: FHN oğrunu xilas etdi

Azərbaycanda qəribə olay:   FHN oğrunu xilas etdi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində bir nəfərin mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Aktual.az nazirliyin saytına istindən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:45-də başa çatıb.

Həmin şəxslə bağlı maraqlı məqam ortaya çıxıb.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, məlumata görə, mağazanın çardağında çıxılmaz vəziyyətdə qalan şəxs 33 yaşlı Orxan Ağayev olub. Bəlli olub ki, o, saat 04 radələrində mağazaya oğurluq etmək üçün daxil olmağa çalışıb. Lakin iradəsindən asılı olmayaraq çətin duruma düşüb.

FHN əməkdaşları tərəfindən xilas edilən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR