Azərbaycanda problemli kreditlərin məbləği azalıb

Azərbaycanda problemli kreditlərin məbləği azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 2,7% azdır.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4%, son bir ildə isə 20% azalıb.
Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət avqustun sonuna 2,4%, ötən ilin sonuna 2,9%, ötən il sentyabrın sonuna isə 3,3% olub.

Xəbər 679 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR