Azərbaycanda problemli kreditlər 12 % azalıb

Azərbaycanda problemli kreditlər 12 % azalıb


Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 591,8 milyon manat təşkil edib.
Aktual.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,2 % çoxdur.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 0,3 %, son 1 ildə isə 12,3 % azalıb.
Bu il aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,8 % təşkil edib. Bu nisbət martın sonuna 2,9 %, ötən ilin sonuna 2,9 %, ötən il aprelin sonuna isə 3,7 % olub.

Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR