Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2,7% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2,7% artıb

Bu ilin ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 8,8 mlrd. manata bərabər olub.


Aktual.az-ın Dövlət Statistika Komitəsınə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 4 472,1 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 371,0 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.

Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2018-ci ilin yanvar-mart aylarınanisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

8 843,1

102,7

o cümlədən:

 

 

ərzaq məhsulları

4 019,2 

102,5

içkilər və tütün məmulatları

  452,9

101,3

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 563,8

103,0

elektrik malları və mebellər

525,7

102,6

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

65,1

102,9

əczaçılıq və tibbi mallar

110,5

103,5

avtomobil yanacağı

493,2

101,9

digər qeyri-ərzaq məhsulları

1 612,7

103,6

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7%-i ticarət müəssisələri, 48,9%-i fərdi sahibkarlar tərəfindən, 32,4%-i isə bazar və yarmarkalarda satılmışdır. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8% artıb, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda 3,5% azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR