Azərbaycanda pensiya xərcləri artırılacaq

Azərbaycanda pensiya xərcləri artırılacaq

"Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 milyon 213,82 min manat ayrılması nəzərdə tutulub”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov büdcə ilə bağlı komitələrin birgə müzakirəsində bildirib.

Onun sözlərinə görə, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 milyon manat artacaq:

"Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər, xərclər 1,5% və yaxud 1,55 milyon manat artırılaraq 104,4 milyon manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 milyon manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 milyon manata çatdırılacaq. 

Bundan başqa, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 milyon manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 milyon manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 milyon manat azaldılaraq 15,5 milyon manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 milyon manat artırılaraq 17,6 milyon manata çatdırılıb”, - deyə o qeyd edib. 
 
Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR