Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 dəfə artıb

Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 dəfə artıb


2022-ci ildə Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmarı 5 910,3 milyon manat olub ki, bu da proqnoza nisbətən 3 020,3 milyon manat və yaxud 2 dəfə, 2021-ci illə müqayisədə isə 4 759,4 milyon manat və yaxud 5,1 dəfə çoxdur
Aktual.az xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.
Sənədə əsasən, daxilolmaların 8,7 %-i və yaxud 516,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 91,3 %-i və yaxud 5 393,9 milyon manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların payına düşüb.
Neft sektoru üzrə mənfəət vergisinin artması xam neftin ixrac qiymətinin dövlət büdcəsinin hesablanması zamanı təsdiq edilmiş göstəricidən 21,9 % (fakt 103,6 ABŞ dolları), təbii qazın qiymətinin isə 2 dəfə (fakt 1439,5 EURO) çox olması ilə əlaqədar Azərbaycanın ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan ödəyiciləri və SOCAR üzrə mənfəət vergisinin artması ilə bağlıdır.
ƏDV üzrə 5 718,7 milyon manat proqnoza qarşı icra 6 946,2 milyon manat və yaxud 1 227,5 milyon manat (21,5 %), 2021-ci illə müqayisədə isə 1 731,8 milyon manat və yaxud 33,2 % çox olub.
ƏDV üzrə daxil olan vəsaitin 94,8 %-i və yaxud 6 584,5 milyon manatı qeyri-neft sektorunun, 5,2 %-i və yaxud 361,7 milyon manatı neft sektorunun payına düşüb.

Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR