Azərbaycanda neçə yeni mədrəsə açılacaq?

Azərbaycanda neçə yeni mədrəsə açılacaq?

"Azərbaycanda 8-ə qədər yeni mədrəsənin açılması nəzərdə tutulur"

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Qurbanlı bildirib ki, mədrəsələr Bakıda və regionlarda açılacaq:

"Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq".

M.Qurbanlı bildirib ki, tədricən Azərbaycanda din xadimləri ölkədə təhsil almış şəxslər olacaq.
 
Miq.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR