Azərbaycanda neçə nəfər cərrahiyyə əməliyyatı olunub? - STATİSTİKA

Azərbaycanda neçə nəfər cərrahiyyə əməliyyatı olunub?   - STATİSTİKA

Dövlət Statistika Komitəsi Azərbaycandakı xəstəliklər və cərrahiyyə əməliyyatlarına dair statistikanı açıqlayıb.
Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, müalicə-profilaktika müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda ola xəstələrin sayı 40 653 nəfərdir:
“Müalicə-profilaktika müəssisələrində xroniki böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 3933 nəfərdir”.
Onun sözlərinə görə, ötən il ərzində viruslu hepatit C ilə qeydə alınmış xəstələnənlərin sayı 118 nəfər olub:
“Xəstəxanalarda  239,9 min cərrahiyyə əməliyyatlarının keçirdilməsi qeydə alınıb. Cərrahiyə əməliyyatı edilmiş xəstələrin sayı isə 219,0 min nəfər olub”.
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR