Azərbaycanda məşhurlara qızıl satan qadının başı kəsildi

Azərbaycanda məşhurlara qızıl satan qadının başı kəsildi

Bakıda dəhşətli qətl hadisəsi baş verib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.

Həmin mənzildə yaşayan Məryam Nametzadə mənzilində bıçaqla qətlə yetirilib. Qadının meyidi başı kəsilmiş vəziyyətdə aşkarlanıb. Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparırlar.

Məlumata görə, meyit artıq məhkəmə ekspertizasına göndərilib. Hadisənin kim və kimlər tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinyət əşyalarının satışı və kirayəsi ilə məşğul olub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR