Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılır

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılır

Azərbaycanda fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılacaq.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə "Aqrolizinq” ASC-dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. Texnikanın gömrük dəyərinin 20%-ni ilkin ödəniş olaraq fermer, 40%-ni isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək. 
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR