Azərbaycanda əhalinin neçə faizi savadlıdır? - Rəsmi

Azərbaycanda əhalinin neçə faizi savadlıdır?   - Rəsmi

Azərbaycanda 15 və yuxarı yaşda əhalinin təhsil səviyyəsi açıqlanıb.

Aktual.az bildirir ki, Dövlət Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 15 və daha yuxarı yaşda olan əhalinin 957000 nəfəri ali təhsilli, 636000 nəfəri orta ixtisas, 4736000 nəfəri tam orta təhsilli, 979000 nəfəri ümumi orta təhsillidir.

Ümumilikdə, bu, 15 və daha yuxarı yaşda olan insanların 99,8 faizini təşkil edir. Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin 0,2 faizi savadsızdır. Bu faiz kişilər arasında 0,1 faiz, qadınlar arasında isə 0,3 faiz təşkil edir.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR