Mərkəzi Bank 4 faizlik marjanı ləğv edib.
"Marja”nın bank dairələrindən əldə etdiyi məlumata görə, bu barədə kommersiya banklarına məktub göndərilib.
"Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunur” – məktubda deyilir.
Xəbər 2304 dəfə oxunub.