Azərbaycanda bu yağlar BAHALAŞDI

Azərbaycanda bu yağlar BAHALAŞDI

Azərbaycanda ən çox istehlak edilən duru yağlardan olan günəbaxan və qarğıdalı yağlarının qiymətində yüksək artım davam edir. 

Aktual.az xəbər verir ki, yanvar ayı ilə müqayisədə oktyabr ayında günəbaxan yağının orta qiyməti 25,3 faiz, qarğıdalı yağının dəyəri 24,7 faiz artıb. 

Yanvarın sonunda günəbaxan yağının bir litrinin orta qiyməti 4,6 manat olduğu halda oktyabrın sonunda 5,75 manata yüksəlib. Qısa müddətdə günəbaxan yağının dəyəri 1,15 manat artıb. 

Qarğıdalı yağının qiyməti isə 6 manatdan 7,5 manata qədər yüksəlib. İlin əvvəlindən günəbaxan yağı 1,5 manat bahalaşıb. 

Digər duru yağlardan olan zeytun yağının dəyəri ötən müddətdə 9,6 faiz artıb. Bir neçə ayda zeytun yağının dəyəri 13,4 manatdan 14,7 manata yüksəlib.(sfera.az)

Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR