Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı

Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, yuxarıda sadalanan sahələrdə çalışan şəxslərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılır.

Azərbaycanın Nazirlər Kabinetinə imzalanmış sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR