Azərbaycanda bu il bank işçilərinin sayı 4% azalıb

Azərbaycanda bu il bank işçilərinin sayı 4% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankarında çalışan işçilərin ümumi sayı 2017-ci il oktyabrın 1-nə 16 340 nəfər təşkil edib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 173 nəfər və ya 1,1% çoxdur. İlin əvvəlindən isə bank işçilərinin sayı 607 nəfər və yaxud 3,6% azalılb.
Bu ilin sentyabr ayında banklara məxsus bankomatların sayı 9 ədəd azalaraq oktyabrın 1-nə 2 486 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə isə bankomatların sayında 25 ədəd və yaxud 1% artım qeydə alınıb.
Bank filailları ay ərzində 3 vahid azalaraq 557 ədəd, şöbələrin sayı dəyişməyərək 142 vahid təşkil edib. İlin əvvəli ilə müqayisədə filialların sayı 12 vahid azalıb, şöbələrin sayı əksinə 11 vahid artıb.
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR