“Beynəlxalq Bankın” sədri Cahangir Hacıyevin istefasından sonra ölkədə yüksələn xətlə davam edən kadr islahatları və həbslər xeyli sayda vakant yerlərin yaranmasına səbəb olub.
Aktual.az Qafqazinfo-ya istinadən işdən azad edilən nazirlər, yüksək vəzifəli generallar və həbs edilən məmurların, bununla da boş qalan postların siyahısını təqdim edir.
Qeyd edək ki, aşağıda adı çəkilənlər şəxslər “MTN olayları” ilə bağlı işdən çıxarılan və ya həbs edilənlərdir.
1.Milli Təhlükəsizlik naziri vəzifəsi
2.Rabitə və yüksək texnologiyalar naziri vəzifəsi
3. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Aparat rəhbəri vəzifəsi
4.MTN-in müavini vəzifəsi və işdən çıxarılan, həbs edilən yüksək vəzifəli generalların boş qalan kürsüləri...
5.MTN-nin idarə rəisləri, rayon şöbələrinin rəisləri vəzifəsi (burada siyahı böyük olduğu üçün hamısını yazmağa ehtiyac yoxdur)
6.Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi vəzifəsi
7.MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi rəisi vəzifəsi
8.“Aztelekom” MMC-nin baş direktoru vəzifəsi
9.Bakı Telefon Rabitəsi və İstehsalatl Birliyinin rəisi vəzifəsi
10. Rabitə nazirliyində "AzİNtelekom" MMC-nin sədri vəzifəsi
11.Nəticəsi ləğv olunan 90 saylı Ağdaş seçki dairəsindən deputat postu
12.“Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi
13.“Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının rəisi postu
14.“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru və digər 10-a yaxın yüksək vəzifələr...
15. Penitensiar Xidmətin rəisi postu
Vəzifəsindən azad edilən Milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun yerinə Penitensiar Xidmətin rəisi Mədət Quliyev bu posta təyin edilib.
Hazırda Penitensiar Xidmətin rəisi postu isə boşdur və yaxın zamanlarda yeni təyinatın olacağı gözlənilir.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Həbs olunan digər vəzifəli, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovdur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov da vəzifəsindən azad edilərək Səbail Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, E.Mahmudovun əmisi oğlu, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov işdən çıxarılıb və onun yerinə təyinat olub.