Azərbaycanda beynəlxalq avtomobil daşımaları ilə bağlı – YENİ RÜSUMLAR

Azərbaycanda beynəlxalq avtomobil daşımaları ilə bağlı – YENİ RÜSUMLAR

Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. 

Aktual.az  xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət rüsumu haqqında” qanunun 24-cü (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir.

Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə”lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə:

- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4” ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;

- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5” və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;

- Yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir:

"Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının satışı hər bir vahidə görə 500 ABŞ dolları tələb olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.
 
Aktual.az
Xəbər 782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR