Azərbaycanda arı ailəsinin sayı 400 mini keçib

Azərbaycanda arı ailəsinin sayı 400 mini keçib

2018-ci ildə Azərbaycanda 3 min ton bal istehsal edilib.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, istehlak 5 min ton olub:
"Ümumi faiznən hesablasaq, ölkədə istehsal olunan bal əhalinin 65-70 faizini təmin edir".
B.Həsrətov bildirib ki, 2017-ci ilə nisbətən ötən ildə arı ailəsində artım qeydə alınıb:

"Bizdə olan statistikaya görə, ölkədə 300 min arı ailəsi var idi, ancaq subsidiya ilə bağlı identifikasiya keçirildi. Eyniləşdirilmədən sonra biz gördük ki, arı ailəsinin sayı 400 mindən çoxdur. Həmin 400 min arı ailəsinin 270 mini isə artıq subsidiya əldə edib".
Assosiasiyanın sədri əlavə edib ki, ölkədə olan arıçıların bacarıq və bilikləri artırılmalıdır:
"Hazırda ortalama bir bal ailəsindən 10 kiloya qədər məhsul əldə edilir. Bu rəqəm dünya ölkələri ilə müqayisədə çox azdır. Arıçılarla müəyyən tədbirlər keçirərək bilik və bacarıqlarını artıra bilsək, məhsul da 25-30 kiloqrama qədər arta bilər".
Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR