Azərbaycana yeni minaaxtaran itlərin gətirilməsi planlaşdırılır

Azərbaycana yeni minaaxtaran itlərin gətirilməsi planlaşdırılır

"Minatəmizləmə işləri üçün yeni itlərin gətirilməsi istiqamətində planlar var".
Aktual.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, itlər də yaşlaşır, təqaüdə göndərilir, bəziləri xəstələnir. Buna görə onları davamlı şəkildə yeniləmək və sayını artırmaq lazımdır:
"Biz insan qruplarının sayını artırırıqsa, itlərin də, texnikaların da sayı buna uyğun olaraq artırılmalıdır. Gələn il üçün bəzi ölkələr və təşkilatlar bizə it hədiyyə etmək istədikləri ilə bağlı niyyətlərini bildiriblər. Biz həmin niyyətlər üzrə indi sayı dəqiqləşdiririk. Əlavə nə qədər itə ehtiyac olacaqsa, onu da özümüz təmin etməyə çalışacağıq".
Agentlik sədri qeyd edib ki, eyni zamanda, əməkdaşların sayı artırılacaq:
"İl boyunca 6 həftədən bir bizim davamlı təlimlərimiz həyata keçirilib. Haradasa 80 nəfər yeni müdavimimiz hazırlanır. Gələn il də bu proses davam etdiriləcək".
Xəbər 143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR