“Azərbaycana qarşı istənilən təxribat çox ciddi cavab ala bilər” - Elçin Cabarov

“Azərbaycana qarşı  istənilən təxribat çox ciddi cavab ala bilər”   - Elçin Cabarov

Aktual.az 7News.az-a istinadən xəbər verir ki, bu fikirləri Qarabağ cəbhəsində dünəndən etibarən yüksələn gərginliyin səbəbini şərh edən politoloq Elçin cabarov deyib.

"Ermənistan və onun arxasında duran qüvvələr bu gün yaxşı anlayırlar ki, artıq Azərbaycan 90-cı illərin əvvəllərindəki kimi deyil. Artıq Azərbaycanın kifayət qədər güclü ordusu var və istənilən təxribat çox ciddi cavab ala bilər. Sadəcə onlar təxribatın davamı olaraq gərginliyi artırırlar amma ordumuzun qüvvələrindən qorxaraq ciddi addımlar atmaqdan çəkinəcəklər." — deyə politoloq əlavə edib. E.Cabarov bu gərginliyin prezident İlham Əliyevin Azərbaycanda olmadığı bir vaxtda baş verməsini belə şərh edib: "Onlar bilirlər ki, prezidentimizin hər dəfəki səfəri Azərbaycanı siyasi arenada daha da güclü edir. Ona görə də erməniləri bu vəziyyət çox ciddi narahat edir və onlar hal-hazırda etirazlarını təxribatlar şəklində, cəbhədə gərginlik yaradaraq bildirirlər. Prezidentin həm Vaşinqtondakı IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, həm ABŞ prezidenti ilə görüşməsi onları ciddi narahat edir. Doğrudur, Ermənistan prezidenti də sammitdə iştirak edib. Amma nə bir önəmli görüş keçirib, nə də uğurlu nəticə əldə edib. Bu amillər də onların yenidən təxribata can atmalarına səbəb olub."

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR