Ötən gecədən başlayaraq Azərbaycanın dağlıq rayonlarına qar yağmağa başlayıb.
Qubanın dağ kəndlərində, Gədəbəydə, Goranboyda sulu qar və qar yağdığı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin hava haqqında verdiyi məlumata əsasən, ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.