Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

 Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Aktual.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarının altından üzərində "Mega Black Devil" yazısı olan 280 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR