Azərbaycana 460 ədəd texnika göndərilir

Azərbaycana 460 ədəd texnika göndərilir

Minsk traktor zavodu (MTZ) bu il ərzində Azərbaycana əlavə olaraq 460 ədəd texnika göndərmək niyyətindədir.

Aktual.az "APA-Economics”ə istinadla xəbər verir ki, göndərilən texnikalardan 60-ı pambıqyığan kombayndır.
MTZ-nin baş direktoru Fyodor Domotenko bildirib ki, onun rəhbərlik etdiyi müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır. "Detallar MTZ-dən gətiriləcək, yığım isə Gəncədə baş tutacaq. Bu, bizə də, azərbaycanlı tərəfdaşlarımıza da gəlir gətirəcək”, - deyə baş direktor qeyd edib.
 
Aktual.az 
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR