Azərbaycan yaxın illərdə özünü əsas dənli bitki toxumları ilə tam təmin edəcək

Azərbaycan yaxın illərdə özünü əsas dənli bitki toxumları ilə tam təmin edəcək

Azərbaycan yaxın illərdə özünü əsas dənli bitkilərin toxumları ilə tam təmin etməyi planlaşdırır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov mətbuat konfransında deyib.
İ.Cümşüdov bildirib ki, Azərbaycanda cari ildə 100 min ədəd yüksək keyfiyyətli dənli bitki toxumu istehsal etməyi nəzərdə tutulur:
"Ötən il bu rəqəm 80 min təşkil edib. Ümumilikdə yaxın illərdə əsas kənd təsərrüfatı bitkilərinin toxumu ilə özünü tam təmin etməyə çıxmağı planlaşdırırıq".
Azərbaycanda genetik modifikasiya olunmuş toxumlardan istifadə məsələsinə də toxunan Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu hal aradan qaldırılıb: "Belə toxumlar ölkəyə yalnız elmi tədqiqat məqsədilə istifadə üçün gətirilə bilər".
 
Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR